Ordubadda vətəndaşların müraciətlərinə baxılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yanvarın 15-dən etibarən bölgələrdə vətəndaşlarla görüşlər keçirilir. Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Kəngərli, Babək, Sədərək, Şahbuz, Culfa və Şərurun ardınca bu dəfə Ordubad sakinləri ilə görüşüb. Görüşdə nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən, idman infrastrukturunun gücləndirilməsi, fəxri adların verilməsi, təşkilati-hüquqi dəstək, gənclər evinin yaradılması və digər məsələləri əhatə edib. Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb, bu istiqamətdə görüləcək işlər gözdən keçirilib, zəruri hallarda maarifləndirici söhbətlər aparılıb, tövsiyələr verilib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti